Bu ilin yayında azad agent statusu alacaq futbolçuların rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 4-4-2 sxemi ilə qurulan heyətdə müqaviləsi bitəcək futbolçular yer alıb.
“11-lik”də PSJ daha çox 3, “Nitsa” 2 futbolçu ilə təmsil olunub. Hücum xəttində Edinson Kavani və Dris Mertens qərarlaşıb.
Qapıçı: Valter Daniel Benites (“Nitsa”);
Müdafiəçilər: Leyvin Kurzava (PSJ), Yan Vertongen (“Tottenhem”), Malanq Sarr (“Nitsa”), Toma Menye (PSJ);
Yarımmüdafiəçilər: Cakomo Bonaventura (“Milan”), Rayan Freyzer (“Bornmut”), Villian (“Çelsi”), David Silva (“Mançester Siti”);
Hücumçular: Dris Mertens (“Napoli”), Edinson Kavani (PSJ).