Roberto Bordin cəzalı durumda
01.12.2019 - 17:09
“Neftçi”nin baş məşqçisi Roberto Bordin cəzalı duruma düşüb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.
Bu, XIII turun “Səbail”lə görüşündə (0:0) baş verib. Bunadək “Keşlə” ilə hər iki qarşılaşmada (V və XI turlarda), həmçinin “Qarabağ”la X turun matçında R.Bordinə xəbərdarlıq edilib.
İtaliyalı dekabrın 7-də keçiriləcək “Sabah”la səfər qarşılaşmasını buraxacaq.
0
0