“Ayaks”ın baş məşqçisi Erik Ten Haqın “Mançester Yunayted”dəki köməkçilərindən biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, yayda İngiltərə klubuna keçəcək mütəxəssis Robin van Persiyə komandasında yer almağı təklif edib.
Bir müddət əvvəl Mançester təmsilçisinə dönməkdən imtina edən van Persi bu dəfə düşünməyə vaxt istəyib. Gənc çalışdırıcı Premyer Liqada işləməyin əleyhinə olmasa da, ailə vəziyyəti ilə bağlı çətinliklə üzləşib. Oğlu Şakil “Feyenoord”la yeni müqavilə imzaladığından Robin onun da yanında olmaq istəyir.
Qeyd edək ki, van Persi 2012-15-ci illərdə Mançester klubunda çıxış edib.