Ronaldo ilə bağlı qərarını verdi - Alleqri
31.05.2021 - 10:37
“Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqi hücumçu Kriştiano Ronaldo ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis portuqaliyalı superulduzun satılmasına razılıq verib.
Alleqri 36 yaşlı forvardın kluba pul qazandıraraq ayrılmasını və bununla yeni transfer üçün büdcə formalaşmasını istəyir. Əks təqdirdə Ronaldo gələn ilin yayında “qoca sinyora”nı azad agent kimi tərk edəcək. Onun xidmətində ən çox maraqlı olan klub “Mançester Yunayted”dir.
Qeyd edək ki, Kriştiano Ronaldo ötən mövsüm 44 oyunda 36 qol vurub, 5 məhsuldar ötürmə verib.
0
0