“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “Arsenal”la oyunda meydana çıxa bilər.
Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Ralf Ranqnik açıqlayıb.
Almaniyalı mütəxəssis bildirib ki, yeni doğulan uşağını itirdiyi üçün “Liverpul”a qarşı (0:4) oynamayan ulduz London təmsilçisi ilə görüşə hazırdır. Skott Maktomini və Rafael Varan da bu qarşılaşmada şans qazana bilər.
Pol Poqba isə “topçular”a qarşı forma geyinməyəcək. “Enfild Roud”dakı matçda zədələnən yarımmüdafiəçi mövsümü başa vurması da mümkündür. Ona bərpa üçün 4 həftə lazımdır. Mayın sonunda bu dövrü bitirəcək fransalının son turlarda meydana çıxması isə real deyil.
Qeyd edək ki, “Arsenal” – “Mançester Yunayted” matçı sabah keçiriləcək.