Ronaldo qayıdır – “Yuventus”un düşərgəsinə
27.04.2020 - 22:40
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldonun komandasının düşərgəsinə qayıdacağı vaxt müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Portuqaliya yığmasının hücumçusu sabah Turinə qayıdacaq.
“Ağ-qaralar”ın məşqləri bərpa etməsindən öncə Ronaldo iki həftəlik karantin keçməlidir. Klub rəhbərliyi ölkə xaricində olan digər futbolçuları da komandanın düşərgəsinə çağırıb.
Qeyd edək ki, Kriştianu İtaliyadan martın 3-dən ayrılıb. İnsult keçirən anasını görməyə gedən ulduz futbolçu koronavirus pandemiyasına görə geri qayıtmayıb.
0
0