Ronaldo toy edəcək – özü açıqladı 
28.01.2022 - 17:55
Ronaldo toy edəcək – özü açıqladı 

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina ilə toy etmək barədə düşünür.

Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.

O, toyları olacağını əminliklə söyləsə də, tarixi açıqlamaqda çətinlik çəkib: “Həmişə ona deyirəm ki, həyatımız da nə vaxtsa nələrsə dəyişəcək. Elə həyatımızın digər hadisələrində olduğu kimi. Corcina da başa düşür. Bir il, yarım il, yoxsa bir ay. Amma 1000 faiz əminəm ki, toy olacaq”.

Qeyd edək ki, 4 uşaq böyüdən cütlük əkiz uşaq gözləyir.