Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo şəxsi biznesini genişləndirib.
Apasport.az saytının məlumatına görə, ulduz hücumçu ABŞ-da yeni otel açıb.
Nyu-Yorkdakı Tayms-Skverdə yerləşən mehmanxana Ronaldonun ilk oteli deyil. Bunadək futbolçu Madeyra, Lissabon və Madriddə də eyni addım atıb.
Manhettenin mərkəzindəki “Pestana CR7”ni Kriştianonun özü instaqram səhifəsində reklam edib: “İndi sifariş edin və şəhərin ən gözəl yerində ən yaxşı yeni oteli kəşf edin”.
Bu oteldə bir gecənin qiyməti 137 avrodur.
Qeyd edək ki, Ronaldo 2023-cü ildə Mançesterdə otel açmağı planlaşdırır.