
Avropanın “Top-5” ölkələrinin çempionatında 2020-ci ildə ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu Kriştianu Ronaldo siyahıya liderlik edir.
A seriyasının VI turunda “Speziya” ilə görüşdə (4:1) dubl edən portuqaliyalı superulduz 22-ci oyununda qol sayını 26-ya yüksəldərək birinci pilləni ələ keçirib. Onu Bundesliqada meydana çıxdığı 19 görüşdə 25 dəfə rəqib qapılarına yol tapan “Bavariya”nın “silah”ı Robert Levandovski izləyir.
Siyahıda növbəti yerləri müvafiq olaraq Çiro İmmobile (“Latsio” – 22 qol), Françesko Kaputo (“Sassuolo” - 18), Erlinq Haaland (“Borussiya” Dortmund – 18), Məhəmməd Salah (“Liverpul” – 17) və Zlatan İbrahimoviç (“Milan” – 17) tuturlar.