Ronaldodan 55-ci het-trik
15.11.2019 - 09:32
Ronaldodan 55-ci het-trik

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo karyerasında 55-ci dəfə het-trik edib.

Apasport.az saytının məlumatına görə, bu, AVRO-2020-nin seçmə mərhələsinin IX turunda baş verib.

Hücumçu Litva ilə ev oyununda (6:0) üç qol vurub.

34 yaşlı hücumçu 2011-ci ildə daha çox – 9 het-trik müəllifi olub. Bu il isə 4-cü dəfə bunu bacarıb.

K.Ronaldo yığmada vurulan qol sayını da 98-ə çatdırıb. Ümumilikdə isə onun hesabında 705 top var.