Ronaldodan sonra ikinci
03.02.2022 - 11:31
Braziliya millisinin və “Barselona”nın futbolçusu Dani Alves karyerasında 1000-ci oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, İFFHS onun XXI əsrdə bu rəqəmə çatan ikinci futbolçu olacağını açıqlayıb.
Alves indiyədək 6 klub və yığmanın formasını geyinib. O, yalnız Kriştiano Ronaldodan geri qalır. Portuqaliyalı 1102 matçda iştirak edib.
Qeyd edək ki, Alvesin yubileyi La Lqianın “Atletiko” ilə fevralın 6-dakı matçına təsadüf edəcək.
0
0