Ronaldonun dönüşünə qarşıdır – sabiq komanda yoldaşı
25.05.2021 - 09:30
Ronaldonun dönüşünə qarşıdır – sabiq komanda yoldaşı

“Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevill “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun komandaya mümkün qayıdışı barədə yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin sabiq üzvü portuqaliyalı superulduzun bu varianta əl atmasına qarşıdır.

Nevill çiyin-çiyinə çıxış etdiyi Ronaldonun dönüşünün uğursuz olacağını düşünür: “Xatirələrini olduğu yerdə qoymaq daha yaxşıdır. Mən bunun olduğu kimi qalmasının tərəfdarıyam”.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib.