Ronaldonun maaşı azaldılacaq – SƏBƏB
25.01.2022 - 09:42
Kriştiano Ronaldonun maaşı azaldıla bilər.
Apasport.az saytının məlumatına görə, bu, “Mançester Yunayted”in Premyer Liqadakı nəticəsindən asılı olacaq.
Belə ki, “qırmızı şeytanlar” Premyer Liqada “Top-4”ə düşə bilməsə və Ronaldo komandada qalsa, maaşı təxminən 25 faiz aşağı düşəcək. Hazırda portuqaliyalı həftəyə 458 min avro qazanır. Uğursuz mövsümün ardından Çempionlar Liqasına vəsiqə əldə olunmasa, Ronaldonun maaşı 345 minə qədər aşağı düşəcək.
Qeyd edək ki, portuqaliyalı cari mövsüm Premyer Liqanın 18 matçında 8 qol vurub.
0
0