Avropanın “Top-5” liqalarında çıxış edən futbolçulardan ibarət 2020/21 mövsümünün simvolik komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “WhoScored” rəmzi “11-liy”ə “Yuventus”un hücumçusu Kriştiano Ronaldonu layiq görməyib.
Portuqaliyalı superulduz A seriyasını bombardir kimi tamamlamasına baxmayaraq, ən yaxşı hücumçular sırasına düşə bilməyib.
Digər diqqətçəkən məqam Çempionlar Liqasının finalçısı “Çelsi”dən də heç kimin heyətdə yer almamasıdır.
Qapıçı: Damyan Martines (“Aston Villa”);
Müdafiəçilər: Joao Kanselo (“Mançester Siti”), Mats Hummels (“Borussiya”, Dortmund), Villi Orban (“Leypsiq”), Teo Ernandes (“Milan”);
Yarımmüdafiəçilər: Jerard Moreno “Vilyarreal”), Kevin De Bruyne (“Mançester Siti”), Joşua Kimmix (“Bavariya”);
Hücumçular: Kilian Mbappe (PSJ), Lionel Messi (“Barselona”), Robert Levandovski (“Bavariya”).