Rəqiblərindən ibarət simvolik "11-lik" - Karles Puyolun
11.04.2020 - 00:17
"Barselona"nın və İspaniya yığmasının əfsanəvi futbolçusu Karles Puyol karyerası ərzində üz-üzə gəldiyi ən güclü oyunçuların adlarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, veteran müdafiəçi rəqiblərdən ibarət simvolik "11-lik" müəyyənləşdirib.

Qapıçı: Canluici Buffon
Müdafiəçilər: Xavyer Zanetti, Alessandro Nesta, Paolo Maldini, Roberto Karlos
Yarımmüdafiəçilər: Andrea Pirlo, Klarens Zedorf, Aryen Robben, Zinəddin Zidan
Hücumçular: Didye Droqba, Serxio Aquero
Qeyd edək ki, Karles Puyol karyerası ərzində yalnız "Barselona"nın (1999-2014) formasını geyinib.
0
0