 
                    Azərbaycan çempionatının I divizionunda VII tur başlayıb.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə üç matç baş tutub.
Hər üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb. “Sabah”la “Sumqayıt”ın ikinci komandalarının oyununda Bakı təmsilçisi 5 cavabsız qolla liderliyə yüksəlib. Maraqlıdır ki, paytaxt klubunun üç penaltisinin hərəsini bir oyunçu vurub. Kamran Quliyev isə bombardirlər yarışında zirvəni ələ keçirib.
“Zaqatala” öz meydanında “Keşlə-2”ni 4 cavabsız qola qonaq edib. “Qarabağ-2” isə MOİK üzərində səfər qələbəsinə üç qolla nail olub.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
I divizion
VII tur
25 noyabr
“Sabah-2” – “Sumqayıt-2” – 5:0
Fərid Kərimzadə, 6 (pen.), 46, Kamran Quliyev, 45+3 (pen.), Abdulla Xaibulayev, 51, Şakir Seyidov, 78 (pen.)
“Zaqatala” – “Keşlə-2” – 4:0
Aleksandr Şemonayev, 26, Bəhruz Teymurov, 47 (pen.), 51, 90+5
MOİK – “Qarabağ-2” – 0:3
Nihad Tamazov, 63, Seyxan Fərəcov, 71, Emil Məmmədov, 86 (öz qapısına)
| 1 | Sabah-2 | 7 | 5 | 0 | 2 | 16-7 | 15 | 
| 2 | Turan Tovuz | 6 | 4 | 2 | 0 | 10-2 | 14 | 
| 3 | Kəpəz | 6 | 4 | 1 | 1 | 13-6 | 13 | 
| 4 | Zaqatala | 7 | 4 | 0 | 3 | 16-12 | 12 | 
| 5 | Neftçi-2 | 6 | 3 | 2 | 1 | 12-7 | 11 | 
| 6 | Qarabağ-2 | 7 | 3 | 1 | 3 | 12-9 | 10 | 
| 7 | Keşlə-2 | 7 | 2 | 1 | 4 | 9-19 | 7 | 
| 8 | Qaradağ Lökbatan | 6 | 1 | 3 | 2 | 5-7 | 6 | 
| 9 | MOİK | 7 | 0 | 3 | 4 | 7-15 | 3 | 
| 10 | Sumqayıt-2 | 7 | 0 | 1 | 6 | 5-21 | 1 | 
Bombardir: Kamran Quliyev ("Sabah-2") - 6 qol
 
             
             
                     
                     
                                             
                                             
                                            