Rəşad Sadıqov geriləyir - Edin Dzeko önə keçdi
15.10.2020 - 10:59
Rəşad Sadıqov geriləyir - Edin Dzeko önə keçdi

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında bəzi dəyişikliklər olub.

Apasport.az saytının məlumatına görə, buna səbəb Millətlər Liqasının IV turunun oyunlarıdır.

Baş tutan qarşılaşmalar 100 və daha çox matç keçirənlərin siyahısındakı yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun da mövqeyinə təsir edib. Polşa millisi ilə görüşə çıxan Edin Dzeko Bosniya və Herseqovina yığmasında 112-ci matçını keçirib.

Bununla da forvard Sadıqovu arxada qoyub. Bir pillə geriləyən yığmamızın sabiq kapitanı 277-89-cu yerləri bölüşür. 

Onun şərikləri Qodfri Çitalu (Zambiya), Camal Busuttil (Malta), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), İqor Akinfeyev (Rusiya), Səəd Əl-Muxaini (Oman), Alvaro Saborio (Kosta-Rika), Mehdi Kərim (İraq), Mehdi Mahdavikiya (İran) və Emilio İzaquirredir (Honduras).

Qeyd edək ki, cədvəldə yığmada 100 və daha çox oyun keçirən 527 futbolçu yer alıb. İlk pillədə Misir millisində 184 matç keçirən Əhməd Həssəndir. Avropanın ən yaxşısı isə ümumi sıralamada 6-cı yerə şərik olan italiyalı Canluici Buffondur – 176 oyun.
 

0
Rəşad Sadıqov Edin Dzeko 100-dən çox matça çıxan oyunçular