“Növbəti mövsüm Premyer Liqada 10 klubun çıxış edəcəyinə məndə hələ əminlik yoxdu”
Apasport.az xəbər verir ki, bu sözləri “sportinfo.az” “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
AFFA İcraiyyə Komitəsinin son iclasında çıxardığı qərara münasibət bildirən gənc mütəxəssis son günədək gözləməyi məsləhət görüb: “Əvvəllər də belə qərarlar olub, lakin mövsümün axırında görmüşük ki, iştirakçıların sayı artırılmayacaq. Düzdür, İcraiyyə Komitəsi bu dəfə fors-major vəziyyətin yaranmayacağı halda, 10 komandanın çempionatda mübarizə aparacağını açıqlayıb. Ötən illərdə verilən qərarlardan yeganə fərq budur. Ümid edək ki, bu dəfə hansısa problem yaranmasın və həqiqətən də iştirakçı sayı artsın. Əslində, bu, çoxdan olmalı idi. Çempionat son 5-6 ildə zəifləyib. Burada minimum 10 komanda olmalıdır. Mümkün olsa, sayı yenə artırmaq lazımdır. Komanda çox olmalıdır ki, həm futbolçular, həm də məşqçilər özlərini göstərə bilsinlər, azarkeşlər yenə stadionlara axışsınlar”.