Rudigerə 10 milyonluq təklif
15.04.2022 - 20:34
Rudigerə 10 milyonluq təklif

“Real” “Çelsi”nin futbolçusu Antonio Rudigerə yeni təklif hazırlayıb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi almaniyalı müdafiəçiyə 3 illik müqavilə təklif edəcək.

Madridlilər Rudigerə ildə 10 milyon avro maaş ödəməyə hazırdır. Futbolçunun özü ildə 12,5 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Rudigerin xidmətində “Barselona” və “Yuventus” da maraqlıdır.