Rudigeri gözləyir - PSJ
09.09.2021 - 23:18
Almaniya millisinin futbolçusu Antonio Rudiger PSJ-nin maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi müdafiəçinin müqaviləsinin bitməsini gözləyir.
Paris klubu 28 yaşlı oyunçunu 2022-ci ilin yayında azad agent kimi heyətinə qatmağı planlaşdırır. Əgər Rudiger “Çelsi” ilə yeni müqavilə imzalamasa, PSJ qışda danışıqlara start verəcək.
Qeyd edək ki, Antonio cari mövsüm “Çelsi”də 4 oyun keçirib.
0
0