Rüfət Dadaşov məğlubiyyətə üzüldü
23.11.2019 - 20:31
Rüfət Dadaşov məğlubiyyətə üzüldü

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, hücumçu çıxış etdiyi “Proyssen” klubunun “Zvikau” ilə səfər matçında meydana çıxıb.

3-cü liqanın XIII turu çərçivəsində keçən görüşdə meydan sahibləri 4:2 hesabı ilə qalib gəlib. R.Dadaşov start heyətində yer aldığı oyunun 85-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 16 oyundan sonra hesabında 13 xal olan “Proyssen” 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.