Rüfət Dadaşov məğlubiyyətə üzüldü
21.12.2019 - 19:25
Rüfət Dadaşov məğlubiyyətə üzüldü

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 3-cü liqa təmsilçisi “Proyssen”in hücumçusu XX turun iştirakçısı olub.

O, “Münhen1860”la ev qarşılaşmasında 90 dəqiqə əvəzolunmadan çıxış edib. “Proyssen” bu matçda 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, 20 oyunda 16 xal toplayan R.Dadaşovun komandası 19-cu pillədə qərarlaşıb.