Rüfət Dadaşovdan növbəti qol - Almaniya çempionatında
10.12.2019 - 00:09
Rüfət Dadaşovdan növbəti qol - Almaniya çempionatında

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti qolunu vurub.

Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz çıxış etdiyi “Proyssen”in “Meppen”lə səfər görüşündə fərqlənib.

3-cü liqanın XVIII turu çərçivəsindəki qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. 57-ci dəqiqədə meydana daxil olan R.Dadaşov 75-ci dəqiqədə qol sevinci yaşayıb. O, hesab 0:2 olarkən fərqlənib.

Bu, hücumçunun cari mövsümdə çempionatdakı 5-ci qolu olub. Sonuncu dəfə oktyabrın 5-də fərqlənən forvard iki aydan çox sürən dişsizliyə son qoyub.

Qeyd edək ki, 18 matçda cəmi 13 xal toplayan “Proyssen” 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.