ABŞ klubu "Feniks Rizinq"ə transfer olunan Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun müqavilə müddəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard aşağı liqa təmsilçisi ilə birillik sözləşməyə imza atıb.
O, "Feniks Rizinq"in mövsümlərarası fasilədəki 7 transferindən biri olub. Ancaq klub müqavilənin maddi baxımdan təfərrüatlarını açıqlamayıb.
"Feniks Rizinq" yeni mövsüm öncəsi federasiyaya ilkin iştirak ərizəsini də təqdim edib. Hələlik komandanın heyətində 19 futbolçu yer alır.
Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"ə Almaniyanın III Bundesliqa təmsilçisi "Proyssen"dən keçib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı