Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya milli komandasının futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı suala aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, qurumun Uyğunluq üzrə komitəsinin rəhbəri Conatan Teylor dünya çempionatlarına qatılmaqla bağlı 4 illik qadağanın futbola da şamil olunacağını bildirib.
O bildirib ki, Rusiya millisi DÇ-2022-nin seçmə mərhələsində yalnız neytral statusla iştirak edəcək: “Mən bilmirəm ki, onlar seçmə mərhələni keçə biləcək, ya yox. Amma istənilən halda, onlar neytral bayraq altında çıxış iştirak etməlidir. Bütün idman növləri üçün şərtlər eynidir. Ölkənin bayrağı olmadan, himnsiz”.
Qeyd edək ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək, Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edilib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA