FIFA Rusiya və Ukrayna Premyer Liqalarında çıxış edən əcnəbi futbolçulara iyuna qədər müqavilələri dondurmaq icazəsi verəcək.
Apasport.az saytının məlumatına görə, bunu Ümumrusiya Futbolçuların Həmkarlar İttifaqının baş direktoru Aleksandr Zotov deyib.
O bildirib ki, FIFA Rusiya və Ukraynada çıxış edən əcnəbilər üçün xüsusi transfer pəncərəsi açacaq. Onlar bu müddətdə başqa komandada da oynaya bilərlər. Xarici klublar iyuna qədər onlardan maksimum ikisi ilə müqavilə imzalaya biləcək.
Ancaq iyundan etibarən həmin futbolçuların Rusiya və Ukrayna klubları ilə sözləşmələri yenidən qüvvəyə minəcək və onlar yenidən bu komandalara qayıtmalı olacaqlar.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı