Rusiya yığmasının pley-offdan uzaqlaşdırılması tələb olundu
27.02.2022 - 18:24
Rusiya yığmasının pley-offdan uzaqlaşdırılması tələb olundu

Polşa, İsveç və Çexiya hökuməti Rusiya yığmasının DÇ-2022-nin pley-off mərhələsindən kənarlaşdırılmasını istəyir.

Apasport.az saytının məlumatına görə, Polşanın idman naziri Kamil Bortniçuk martın 1-də və ya 2-də Sürixdə FIFA prezidenti Canni İnfantino ilə görüşərək, onun bu çağırışı dəstəkləməsini istəyəcək.

Bortniçukun İsveçrə səfərindən asılı olmayaraq, adıçəkilən ölkələr bu gün FIFA-ya açıq məktub göndərəcək. İnfantino ilə danışıqların çətin keçəcəyi gözlənilir. Ancaq hər üç ölkə geri çəkilmək fikrində deyil.

Qeyd edək ki, pley-off mərhələsində yarımfinalın Rusiya – Polşa oyunu martın 24-də Moskvada keçirilməlidir. Lakin Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən bu ölkələrdə beynəlxalq səviyyəli matçların keçirilməməsi qərara alınıb. Rusiya – Polşa cütünün qalibi finalda Çexiya və ya İsveçlə üz-üzə gələcək.