Sabiq "Mançester Siti"li "Arsenal"da
25.01.2020 - 13:19
"Flamenqo"nun müdafiəçisi Pablo Mari yenidən Avropaya qayıdıb.
Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi "Arsenal"a transfer olunub.
2016-2019-cu illərdə "Mançester Siti"yə məxsus olan, lakin icarə əsasında başqa komandalarda oynayan ispaniyalı futbolçu London təmsilçisinin formasını geyinəcək. 26 yaşlı oyunçu tibbi müayinədən keçmək üçün artıq Londona yollanıb. Bu transfer "Flamenqo"ya 10 milyon avro qazandıracaq.
Pablo Marinin "Arsenal"la müqavilə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0