Sabiq prezident klubun borcunu bağladı
02.03.2022 - 11:16
Sabiq prezident klubun borcunu bağladı

“Beşiktaş”ın sabiq prezidenti Yıldırım Dəmirörən klubun ona olan borcunu silib.

Apasport.az saytı xəbər verir ki, o, həmin pulu “ağ-qaralar”a bağışlayıb.

Hələ 2012-ci ildə klubun borcunu almayacağını bildirən Dəmirörən sözünün üstündə durub. Bununla İstanbul nəhənginin keçmiş rəhbərə 92 milyon lirə borcu bağlanıb. Bu isə təxminən 6 milyon avroya bərabər məbləğdir.

“Beşiktaş”ın hazırkı ümumi borcunun isə 296 milyon avro olduğu bildirilib.