Sadio Mane 1/4 finalda oynayacaq
29.01.2022 - 14:42
Seneqal millisinin futbolçusu Sadio Manenin son durumu açıqlanıb.
Apasport.az saytının məlumatına görə, hücumçu Afrika Millətlər Kubokunun 1/4 finalında forma geyinə biləcək.
29 yaşlı futbolçu 1/8 finalda Kabo-Verde ilə görüş (2:0) zamanı rəqib qapıçı ilə toqquşub. Başından xəsarət alan Mane həmin matçı davam etdirə bilməyib. Onun Ekvatorial Qvineya ilə matçda iştirak edəcəyi dəqiqləşib.
Qeyd edək ki, Seneqal – Ekvatorial Qvineya qarşılaşması sabah baş tutacaq.
0
0