Salah Fauleri keçdi
11.04.2022 - 10:35
Salah Fauleri keçdi

“Liverpul”un Premyer Liqadakı ən məhsuldar oyunçuları siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “qol+ötürmə” prinsipi ilə hesablanan xalların sayında ikinci yerin sahibi dəyişib.

“Mançester Siti” ilə görüşdə (2:2) Sadio Maneyə qol ötürməsi verən Məhəmməd Salah ikinci pilləni ələ keçirib. Misirli hücumçunun hesabında 159 xal var.

Salah “Liverpul”un sabiq oyunçusu Robbi Fauleri arxada qoyub. Klubun rekordçusu isə Stiven Cerrarddır. O, 212 qolda müəllif və ya assistent kimi iştirak edib.

Qeyd edək ki, Məhəmməd cari mövsümdə 29 oyunda 20 qol və 11 assistə imza atıb.