Salahdan 100-cü qol – Premyer Liqada
13.09.2021 - 00:39
Salahdan 100-cü qol – Premyer Liqada

Məhəmməd Salah İngiltərə Premyer Liqasında 100-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un misirli hücumçusu “Lids”lə IV turun matçında fərqlənib.

Afrikalı forvard 100-cü qolunu 162-ci matçında vurub. 2013/14 və 2014/15 mövsümlərini “Çelsi”də keçirən Salah 13 oyunda cəmi 2 qol vurub. “Liverpul”da 149-cu çempionat matçında 98-ə çatan Məhəmməd yubiley qoluna sevinib.

Yalnız 4 futbolçu Premyer Liqada 100 qol vurmaq üçün daha az oyun keçirib. Bunlar Alan Şirer, Harri Keyn, Serxio Aquero və Tyerri Anridir.

Qeyd edək ki, “Liverpul” “Lids”i səfərdə 3:0 hesabı ilə məğlub edib.