“Çempionlar Liqasının qalibi olduqdan sonrakı hissələri yenidən yaşamaq istəyirəm. Bu, inanılmaz idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un futbolçusu Məhəmməd Salah deyib.
Misirli hücumçu cari mövsümlə bağlı hədəflərini açıqlayıb. Afrikalı forvard həm Çempionlar Liqası, həm də Premyer Liqada çempionluq yaşamaq arzusunu gizlətməyib: “Hesab edirəm ki, yenidən “Liverpul”la bu turnirin qalibi olmalıyıq. Biz şəhəri avtobusla gəzirdik və sözlə ifadə olunmayan hisslər keçirirdik. Premyer Liqada hər şey bir az fərqli idi. Pandemiya üzündən qələbəni azarkeşlərimizlə bayram edə bilmədik. Amma yenidən Çempionlar Liqası və Premyer Liqanın qalibi olmaq istəyirəm. Bu, mənim hazırda “Liverpul”dakı hədəfimdir”.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”la qarşılaşacaq “Liverpul” Premyer Liqada “Mançester Siti”dən bir xal geri qalır.