Sançonu boşluğunu doldurdu – “Borussiya”
24.07.2021 - 11:17
Ceydon Sançonu “Mançester Yunayted”ə satan Dortmund “Borussiya”sı boşluğu dərhal doldurub.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi PSV-nin hücumçusu Doniell Maleni heyətinə cəlb edib.
Klublar 30 milyon avro müqabilində keçidin reallaşmasını razılaşdırıblar. Transferlə bağlı bütün sənədlər yaxın günlərdə tamamlanacaq və Niderland millisinin üzvü “Borussiya” ilə 5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, PSV-nin yetirməsi olan 22 yaşlı Doniell Malen 2018-ci ildən əsas komandada çıxış edir.
0
0