Sançoya əvəzləyici tapdı – “Borussiya”
02.07.2021 - 11:16
Almaniyanın “Borussiya” klubu Ceydon Sançoya əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisi niderlandlı hücumçu Doniyel Maleni heyətinə qatmağa qərar verib.
PSV-nin 22 yaşlı forvardı “Mançester Yunayted”ə keçəcək Sançonu əvəz etməlidir. İngiltərəli Premyer Liqa klubuna 85 milyon avroya keçib.
Qeyd edək ki, yeniyetmə karyerasını “Ayaks” və İngiltərə “Arsenal”ında keçirən Malen 2018-ci ildən PSV-nin əsas komandasında oynayır. O, 2019-cu ildən Niderland yığmasının şərəfini qoruyur.
0
0