İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin postundan ayrılmaq təhlükəsi yoxdur.
Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, AVRO-2020-dəki istənilən nəticə vəziyyəti dəyişməyəcək.
İngiltərə Futbol Assosiasiyası (FA) Sautqeytin rəhbərliyi altında gənc komandanın düzgün istiqamətdə inkişaf etdiyinə və gələn il dünya çempionluğunu qazanacağına inanır. Bu səbəbdən AVRO-2020-də uğursuz nəticə olsa belə, 2016-cı ildən yığmaya rəhbərlik edən çalışdırıcı vəzifəsindən ayrılmayacaq.
Qeyd edək ki, İngiltərə millisi AVRO-2020-dəki ilk oyununu sabah Xorvatiyaya qarşı keçirəcək.