Seçkilərin vaxtı açıqlandı - PFL prezidentliyinə
11.09.2020 - 17:10
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, seçki sentyabrın 14-də keçiriləcək.
AFFA-nın inzibati binasında baş tutacaq tədbir saat 12:00-da başlayacaq. PFL-in prezidenti Ramin Musayev qurumun Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən vəzifəyə yenidən namizədliyini irəli sürüb.
PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülməyib. Buna görə də qurumun hazırkı prezidenti Ramin Musayev seçkilərdə vahid namizəddir.
0
0