Şenol Güneş 3 təklifi gözlədir
20.04.2022 - 13:43
Şenol Güneş 3 təklifi gözlədir

Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Güneş yenidən ölkə xaricində işləyə bilər.

Apasport.az saytının məlumatına görə, Cənubi Koreyanın “Seul” klubunun keçmiş çalışdırıcısı bu dəfə Səudiyyə Ərəbistanından təklif alıb.

Adıçəkilən ölkənin 3 klubu 70 yaşlı mütəxəssislə əməkdaşlıqda maraqlıdır. Ancaq Güneş özü qərar verməyə tələsmir. O, ərəblərə son sözünü mövsümün sonunda deyəcəyini bildirib. Çünki çalışdırıcı həmin vaxta qədər başqa təkliflərinin də olacağını düşünür.

Qeyd edək ki, Şenol Güneş 2019-2021-ci illərdə Türkiyə yığmasına rəhbərlik edib.