Serena Uilyamsla Luis Hamilton “Çelsi”ni almaq istəyir
21.04.2022 - 23:31
Dünyanın sabiq birinci raketkası Serena Uilyams və “Formula-1”in yeddiqat çempionu Luis Hamilton “Çelsi”nin sahiblərindən ola bilər.
Apasport.az saytının məlumatına görə, məşhur idmançılar İngiltərə klubunu almaq istəyən konsorsiuma qoşulub.
Konsorsiuma “Liverpul”un sabiq prezidenti Martin Broton başçılıq edir. Uilyamsla Hamilton hərəyə 10 milyon funt sterlinq xərcləməyə hazırdır. “World Athletics” rəhbəri Sebastyan Kou da bu konsorsiuma daxildir.
Qeyd edək ki, alqı-satqı baş tutsa nəzarət paketi “Harris Blitzer Sports & Entertaiment” şirkətinə məxsus olacaq.
0
0