Serxio Ramosa MLS-dən elçi
28.02.2022 - 17:48
PSJ-nin müdafiəçisi Serxio Ramos ABŞ-a köçə bilər.
Apasport.az saytı xəbər verir ki, 35 yaşlı futbolçu MLS klubu “Los Anceles Qalaksi”nin hədəfindədir.
İspaniya millisinin üzvü ötən ilin yayında “Real”dan azad agent kimi Paris klubuna keçsə də, ardıcıl zədələr əsas heyətə düşməsinə mane olur. Ulduz futbolçu müxtəlif zədələrə görə, mövsüm ərzində komandanın 29 oyununu buraxıb, cəmi 5 görüşdə iştirak edib.
Qeyd edək ki, Serxio Ramosun PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
0
0