Şeydayev ehtiyatda qaldı, darmadağın izlədi
07.12.2019 - 00:32
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisi səfərdə “Zenit”in qonağı olub.
XIX turun matçı darmadağınla başa çatıb. Çempionatın lideri olan Sankt-Peterburq klubu rəqibinin qapısından üç cavabsız top keçirib. Ehtiyat oyunçular skamyasında olan R.Şeydayev meydana çıxmayıb.
Qeyd edək ki, 19 oyunda 24 xal toplayan “Dinamo” 7-ci pillədə qərarlaşıb.
0
0