Şeydayev ehtiyatda qaldı, komandası qələbə qazandı
23.11.2019 - 20:27
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo”su növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Rusiya Premyer Liqasının XVII turunda “Rostov”u qəbul edib.
Meydan sahibləri bu görüşdə 2:1 hesablı qələbə qazanıblar. Adı qarşılaşmanın protokoluna daxil edilən R.Şeydayev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 17 oyundan sonra aktivində 21 xal olan “Dinamo” 16 komanda arasında 7-cidir.
0
0