Şeydayevsiz qələbə
01.12.2019 - 20:28
Şeydayevsiz qələbə

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo”su növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu Rusiya Premyer Liqasının XVIII turunda “Lokomotiv”lə üz-üzə gəlib.

İddialı rəqibin qonağı olan “Dinamo” səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb. R.Şeydayev bu qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, 18 oyunda 24 xal yığan Kirill Novikovun yetirmələri 6-cı pilləyə yüksəlib.