Sezar Meza Kolli cəzalandı – 2 oyunluq
24.05.2021 - 13:21
Sezar Meza Kolli cəzalandı – 2 oyunluq

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXVIII turunda baş verənlər də müzakirə olunub.

“Zirə” ilə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sabah” 800 manat cərimələnib.

“Qəbələ” ilə matçında 4 futbolçusu xəbərdarlıq alan “Keşlə”nin də cəzası eyni olub. Bakılıların 75-ci dəqiqədə qırmızı vərəqə alan oyunçusu Sezar Meza Kolli 2 matçlıq cəzalanıb, klub 1600 manat cərimə olunub.

“Sumqayıt”la qarşılaşmada qırmızı vərəqə alan “Səbail”in futbolçusu Adil Nağıyev 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb.