“Neftçi” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli ilə anlaşıb.
Adı AFFA-nın milliləşmə siyahısında da olan paraqvaylı legionerlə 2+1 illik müqaviləyə imzalanıb. Cənubi amerikalının transferində digər Bakı klubu da maraqlı olsa da, paraqvaylı Çempionlar Liqasında oynamağa üstünlük verib.
Sezar yeni klubunda “Keşlə“də qazandığı məbləğdən iki dəfə artıq qazanacaq. “Ağ-qaralar“ ona illik 270 min dollar ödəyəcək (sportinfo.az).
Qeyd edək ki, Premyer Liqada “Keşlə” və “Zirə”də oynamış legioner 105 matçda 13 qol vurub.