Şəhriyar Rəhimov qərarını verdi - “Səbail”lə bağlı
08.01.2020 - 16:34
Şəhriyar Rəhimov qərarını verdi - “Səbail”lə bağlı

“Səbail”in futbolçu Şəhriyar Rəhimov klubundan ayrılmayacaq.

Bu barədə məlumatı apasport.az saytına 31 yaşlı müdafiəçinin özü verib. 

Millinin futbolçusuna “Keşlə” və “Zirə” klublarından təkliflər olsa da, Rəhimov “Səbail”də qalmağı üstün tutub. Onun bu komanda ilə müqaviləsi 2021-ci ilin mayında başa çatacaq. 

Qeyd edək ki, müdafiəçi daha öncə “Keşlə”, “Karvan”, AZAL, “Rəvan” və “Kəpəz” klublarının formasını geyinib.