Simeon Slavçevdən rəsmi müqavilə - 3 illik
22.12.2019 - 21:50
Simeon Slavçevdən rəsmi müqavilə - 3 illik

“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev özünə yeni iş yeri tapıb. 

Apasport.az saytının məlumatına görə, bolqarıstanlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. 

O, bu gün Sofiya “Levski” ilə anlaşıb. 26 yaşlı futbolçu 3 illik müqaviləyə imza atıb. 

Qeyd edək ki, 2018-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyan Slavçev dekabrın 20-də Ağdam klubundan ayrılıb. Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.