Simeon Slavçevi Bolqarıstana çağırdılar
28.10.2019 - 16:20
Simeon Slavçevi Bolqarıstana çağırdılar

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına çağırılıb.

APA-nın məlumatına görə, yığmanın yeni baş məşqçisi Georgi Dermenciyev ilk dəfə açıqlayacağı heyətdə yer verəcəyi legionerləri müəyyənləşdirib.

O, AVRO-2020-nin seçmə mərhələsinin noyabrın 17-də Çexiya ilə keçiriləcək qarşılaşmasında ölkə xaricində çıxış edən 8 futbolçuya dəvət göndərib. S.Slavçev də bu oyunçular sırasına daxil edilib.

Heyətə daxil ediləcək digər futbolçular noyabrın əvvəlində açıqlanacaq. Keçirdiyi 7 oyunda 3 xal toplamaqla A qrupunda sonuncu pillədə yer alan Bolqarıstan Çexiya ilə Sofiyada qarşılaşacaq.

Qeyd edək ki, S.Slavçev yığmada 24 oyun keçirib.