Simeonenin oğlunu alır – “Verona”
02.03.2022 - 22:51
“Verona” Covanni Simeoneni transfer hüququna yiyələnməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Kalyari”dən icarəyə götürülən hücumçunu almaq niyyətindədir.
Bunun üçün veronalılar 10 milyon avro ödəməlidir. 26 yaşlı futbolçunun özünə 2026-cı ilin yayına qədər müqavilə təklif olunub.
Qeyd edək ki, Simeone 2021-ci ilin avqustunda icarə əsasında “Verona”ya keçib. “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu cari mövsümün 24 oyununda 15 qol vurub.
0
0