Simvolik komandada - azərbaycanlı futbolçu
21.07.2020 - 09:00
Simvolik komandada - azərbaycanlı futbolçu

Gürcüstan çempionatında VI turun rəmzi komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, simvolik "11-liy"ə azərbaycanlı futbolçu Nicat Qurbanov da düşüb.

"Samtrediya"nın oyunçusu Tbilisi "Merani"si ilə səfər qarşılaşmasındakı oyunu ilə buna nail olub. Komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşdə penaltidən qələbə topunu vuran Qurbanov simvolik komandanın iki hücumçusundan biri olub.

Qeyd edək ki, 6 turdan sonra "Samtrediya" 8 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.